Səhiyyə Nazirliyindən ana və uşaq ölümünə münasibət
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən ana və uşaq ölümünə münasibət

Səhiyyə Nazirliyi Mingəçevirdə doğuş zamanı ana və uşaq ölümünə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında bildirib ki, 30 yaşlı Svetlana Qasımova oktyabrın 19-da, saat 23:10-da xəstəxanaya müraciət edib.

“Qadın xəstəxanaya qəbul ediləndə ona vaxtından əvvəl dölyanı mayenin axması diaqnozu qoyulub. Həmçinin uşaqda həqiqi düyün müşahidə olunub. Təbii yolla uşaq ananın bətnindən xaric olunub”.

A.Qədirlinin sözlərinə görə, meyitin ekspertizasının aparılmasına yaxınları tərəfindən icazə verilməyib. Lakin buna baxmayaraq, nazirliyin Doğuşayardım Komissiyası tərəfindən ölüm səbəbinin araşdırılmasına başlanılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm