Azərbaycanlı qadınlar kiçik ailə istəyir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qadınlar kiçik ailə istəyir

Azərbaycanda 15-49 yaş arası 9381 nəfər qadın arasından keçirilmiş sorğunun nəticələrinə görə, qadınların əksəriyyəti kiçik ailə istəyir.

Qadınların yarıdan çoxu -56.8%-i iki uşağı ideal sayı kimi göstərib, 17.9%-i isə 3 uşağı ideal ailə sayı hesab edir.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi tərəfindən 2011-ci il “Demoqrafiya və Sağlamlıq”sorğusunun nəticələrinə həsr olunmuş sorğuda qeyd edilib.

Sorğuda iştirak edən qadıların altısından biri (16%) dörd və ya daha çox uşağa üstünlük verib. Bütün qadınlar üçün uşaqların ideal orta sayı 2.5 və hazırda evli qadınlar üçün 2.6-dır. Uşağı olmayan qadınlar üçün bu göstərici 2.2-dən dörd və daha çox uşağı olan qadınlar üçün 3.3-dək artır.

Sorğuya əsasən, 15-49 yaşlı bütün qadınların sosial-demoqrafik xarakteristikaları üzrə uşaqların ideal orta sayını göstərir. Uşaqların ideal orta sayı respondentlərin yaşı ilə artır. 15-49 yaşlı qadınlar 2.2, 45-49 yaşlı qadınlar isə 2.8 uşaq istəyir.

Azərbaycanda evli qadınların əksəriyyəti gələcək hamiləliklərini nəzarətdə saxlamaq istədiklərini qeyd edib. Ümumilikdə evli qadınların 68.1% ya digər uşağının olmasını istəməmiş (67.2%) ya da sterilizə olunub (0.9%).

Evli qadınların 14.9%-i degər uşağının tezliklə olmasını, 6.5%-i digər uşağın iki və ya bir neçə ildən sonra olmasını istəyib, ya da qərarlaşdırmadığını bildirib. Qalan 10.5% isə digər uşağın olmasını qərarlaşdırmayıb.

Azərbaycanda hazırda evli qadınların böyük əksəriyyətinin ya ailə tərkibinin m\əhdudlaşdırılması, ya da doğuşlar arasında istədiklərin intervalın kontrasepsiyaya ehtiyacının olması ehtimal edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm