Yüksək nəticə göstərən tələbələr üçün dil kursu
Bizi izləyin

Qırmızı.az

Yüksək nəticə göstərən tələbələr üçün dil kursu

BP şirkəti birinci kurs tələbələri üçün ingilis dili kursları təşkil edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, “Təhsilə dəstək” proqramı çərçivəsində təşkil edilən kurslar neft-qaz sahəsi üzrə təhsil alan tələbələrə tətbiq ediləcək.

Şirkətin müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissyası (TQDK) 2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında aşağıda göstərilən ixtisasların əyani şöbələrinə qəbul olmuş 10 ən yüksək nəticəli tələbələrin siyahısını müəyyənləşdirib və həmin şirkətə təqdim edib.

Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərdə neft və qaz sahəsində təhsil alan tələbələr üçün şirkət tərəfindən artıq uzun müddətdir ki, “Təhsilə dəstək” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində ən yaxşı nəticə göstərmiş birinci kurs tələbələri 2 illik ingilis dili kurslarında tədris ilə mükafatlandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm