Rusiya vətəndaşı Ağdaşda adam öldürdü
Bizi izləyin

Qırmızı.az

Rusiya vətəndaşı Ağdaşda adam öldürdü

Ağdaş rayonunda qətl törətmiş Rusiya vətəndaşının tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş İ.Umarov ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Hazırda cinayətkarın tutulması istiqamətində Ağdaş RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm