İrandan qanunsuz yolla narkotik gətirən şəxs saxlanıldı
Bizi izləyin

Qırmızı.az

İrandan qanunsuz yolla narkotik gətirən şəxs saxlanıldı

Ölkəyə qaçalmalıçılıq yolu ilə narkotik keçirən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Bakı-Qazax magistralının 70 km-də Azərbaycan Respublikasının vətəndaşı Abbasov Coşqun Şahlar oğlu özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Biləsuvar Gömrük İdarəsinin inzibati binasında Abbasov Coşqun Şahlar oğlunun satmaq istədiyi selofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbanın içərisində olan 2 ədəd gümüşü rəngli, dördbucaqlı formada olan bağlamalarda ümumi xalis çəkisi 1 kiloqram175 qram olan narkotik vasitə-həşiş qətranı aşkar edilib.

Axtarış İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuş məlumat əsasında aparılıb. Məlumatda bildirilib ki, İran vətəndaşı Səfər Abdullahivənd adlı şəxs Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəni ölkə ərazisində özünün satış ortağı vasitəsi ilə realizə edəcək.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm