Türkiyəli gənc fəallar: Azərbaycan vətənimizdir
Bizi izləyin

Qırmızı.az

Türkiyəli gənc fəallar: Azərbaycan vətənimizdir

Millət vəkili Qənirə Paşayevanın və AZEDER-in təşəbbüsü, təşkilatçılığı ilə Türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik qrup Azərbaycana tanışlıq səfəri çərçivəsində paytaxtın görməli yerlərində olublar.

İlk dəfə Azərbaycanda səfərdə olan gənclər millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət edib ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Gənclər həmçinin Atəşgahı, Yanardağı ziyarət edib, Bakı ilə daha geniş tanış olublar.

Türkiyəli gənclər Quba və Qusarda da olublar. Quba-Qusar səfərində, öncə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın “Quba Soyqırım Məzarlığı”, onun 2007-ci ildə üzə çıxması, sonra burada ucaldılmış abidə və qeyri-adi muzey barədə, habelə 1918-ci ildə Qafqazda yaşananlar, erməni silahlı dəstələrinin, terror təşkilatlarının dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə ətraflı bilgilər verilib. Qusarla geniş tanış olan gənclər burada “Şahdağ Qış İdman-Turizm Mərkəzi” və rayonun digər görməli yerləri ilə tanış olublar. Qonaqlara “Şahdağ”da yaradılan şərait barədə, ümumən Azərbaycanın hər dörd fəslə uyğun turizm imkanları haqqında ətraflı bilgi verilib.

Qeyd edək ki, səfərdə gənclərlə yanaşı “Kanal-D”nin “Gənc baxış” proqramının çəkiliş qrupu da iştirak edib. Azərbaycana ilk dəfə səfər edən və ölkəmizlə geniş tanış olan gənclər Azərbaycana heyran qaldıqlarını bildiriblər: "Azərbaycanı özümüzə vətən sayırdıq amma buraya gələndən sonra bir daha əmin olduq ki, gerçəkdən də biz bir millət, iki dövlətik. Burada özümüzü öz evimizdəki kimi hiss etdik. Azərbaycanın yaşadığı bütün ağrı və acılara baxmayaraq surətlə inkişafı, gözəlliyi bizi sevindirdi və Azərbaycanın daha da inkişafını arzu edirik".

Azərbaycandan dönəndən sonra millət vəkili Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın tövsiyyələrini nəzərə alacaqlarını deyən gənc fəallar "sizin də dediyiniz kimi bu gündən sonra həm Türkiyədə, həm də getdiyimiz hər yerdə Azərbaycanın könüllü böyükelçiləri olacaq və Azərbaycanı, onun həqiqətlərini hər yerdə təbliğ edəcəyik" deyiblər. Millət vəkili Qənirə Paşayeva gənclərə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar təqdim edib və AZEDER təşkilatına bu cür önəmli layihənin həyata keçməsində öz təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm