Qırmızı.az
İntiqam Babayev "Səmimi Söhbət"in qonağı olub
“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsinin ikinci gününün son paneli olan Səmimi söhbətin qonağı Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev olub.
Publika.Az-ın verdiyi xəbərə görə, İntiqam Babayev ictimai fəaliyyətindən, təhsil illərindən danışıb. Müxtəlif qurumlarda işlədiyini bildirən nazir müavini qeyd edib ki, 1998-ci ildə Gənclər və idman nazirliyində şöbə müdiri, hal-hazırda nazir müavini olaraq işləyir.
İntiqam Babayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib:
“MDB məkanında gənclər sahəsində atılan bütün ilklərin çoxu məhz Azərbaycanın adı ilə bağlıdır. Bu gün gənclər üçün yaradılan şərait, dövlət proqramları dövlətin gənclərə inamının, etimadının bariz nümunəsidir. Qarşılıqlı olaraq gənclər də bu inamı doğruldur, məsuliyyəti dərk edir və öz üzərilərində işləyirlər. Biz artıq öyrənmir, əksinə öyrədirik. Bu gün bizim əqidəli, vətənpərvər, bilikli, bacarıqlı, öz dövlətinə və vətəninə sadiq gənclərimiz var. Gənclərimiz istər ölkə daxilində, istərsə də xaricdə ölkəmizi laiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayırlar”.
Nazir müavini onu da vurğulayıb ki, maraqlı, kreativ, fərqli layihələrin reallaşdırılmasında, potensiallı gənclərin üzə çıxarılmasında nazirlik hər zaman dəstək göstərməyə hazırdır.
Daha sonra görüş qarşılıqlı diskussiya şəklində davam edib və gəncləri maraqlandıran çoxsaylı suallar nazir müavini tərəfindən cavablandırılıb.
Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Publika.Az
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO