Nazir: "Elektron imzalar pulsuz olmalıdır"
Bizi izləyin

Qırmızı.az

Nazir: "Elektron imzalar pulsuz olmalıdır"

“Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzalar ödənişsiz əsasda verilməlidir”. Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial müdafiə sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması” mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, elektron imza vasitəsilə insanlar sosial xidmətlərə çıxış əldə edirlər. Əhalinin aztəminatlı təbəqələri üçün rəqəmli imza əlavə xərcdir: "Вunun üçün elektron imzaların verilməsi pulsuz həyata keçirilməlidir. Buna görə tələb olunan vəsait - 18 manat - kasıb ailələr üçün böyük rəqəmdir. Elektron imzaların pulsuz olması elektron xidmətlərə çıxışı xeyli asanlaşdıracaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm