ARGTMŞ QİDA akademiyasının qış sessiyasına start verdi
Bizi izləyin

Qırmızı.az

ARGTMŞ QİDA akademiyasının qış sessiyasına start verdi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “QHT-lərin İdarəetmə Akademiyası” –nın Qış Sessiyasına start verib. Publika

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə

7 fevral 2014-cü il tarixindən start götürən akademiyanın qış sessiyası 9 fevral 2014-cü il tarixinə qədər Oğuz rayonunda keçiriləcək. Akademiyanın qış sessiyası çərçivəsində Bakı şəhəri ilə yanaşı 9 regiondan (Astara, Gəncə, Bərdə, Quba, Lənkəran, Beyləqan, Sumqayıt, İsmayıllı) 45 gənc iştirak edir.

Akademiyanın qış sessiyası müddətində 3 Tədris bloku üzrə 32 akademik saatlıq təlimlər keçiriləcək. Təlimlər “Vaxtın idarəedilməsi”, “Təqdimat bacarıqları” , “QHT-lər üçün Praktik Maliyyə İdarəetməsi- Effektiv və Səmərəli İdarəetmə Metodları” və “Layihənin Monitorinqi və Qiymətləndirilməsi” mövzularını təşkil edəcək.

Akademiyanın sonunda qış sessiyasında iştirak etmiş gənclər şəhadətnamə, iştirakçı təşkilatlar isə sertifikatla təmsil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm