Qırmızı.az
Azərbaycanda sahibkarların sosial yükü azaldılır
Azərbaycanda işəgötürənin işçiyə görə ödədiyi və işçinin maaşından tutulan sosial sığorta haqqının nisbəti dəyişdiriləcək.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Dovlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, hər bir işçi maaşının 3%-i qədər DSMF-yə pul ödəyir. Əlavə olaraq işçinin maaşının 22%-i qədər də sahibkar DSFM-yə ödəniş edir.
Elman Mehdiyevin sözlərinə görə, qarşıdakı illərdə 22+3%”-lik nisbətin mərhələlərlə dəyişdirilməsi, həm işəgötürən, həm də işçi üçün ortaq məxrəcə çatdırılması nəzərdə tutulub: “Sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi pensiya sistemində növbəti mərhələ üçün aparılacaq pensiya islahatlarının əsas istiqamətini təşkil edir və bu istiqamətdə bir neçə alternativ üzərində iş aparılır. Məqsəd ondan ibarətdir ki, burada işəgötürənlər əmək haqlarını daha yüksək məbləğdə rəsmiləşdirsinlər”.
DSMF sədri deyib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda sosial sığorta haqları kifayət qədər aşağıdır və bu, özünü sığorta-pensiya sisteminin maliyyə yükündə göstərir. Onun sözlərinə görə, hökumətin hədəfi bir hər bir şəxsin bu sistemdə aktiv iştirakına təminat verəcək diferensiallaşmış normativin ortaya qoyulmasıdır.
Gülnar Əliyeva

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq