Qırmızı.az
XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 25-i axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 26-da da küləkli hava şəraiti davam edəcək, xüsusilə, oktyabrın 25-dən 26-a keçən gecə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 25-i gecəyə doğru və oktyabrın 26-da yağış yağacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında gündüz 17-22 dərəcə isti olacağı halda, oktyabrın 26 və 27-də gündüz saatlarında havanın temperaturu 8-12 dərəcəyə enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 25-də axşam, 26-da isə gecə bəzi rayonlarda şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Oktyabrın 26-27-də Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 9-14, dağlarda isə 1-6 dərəcə isti olacaq.

-
ABŞ22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı