Bakıda 83 yaşlı qadının mənzilində meyiti tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda 83 yaşlı qadının mənzilində meyiti tapılıb

Bakı şəhəri Nəzimi rayoninda mənzilində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan qadının meyiti tapılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1931-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıb. Mənzilə baxış keçirilərkən Lapuri Oliqa Konstantinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm