DSMF builki gəlirlərini açıqladı
Bizi izləyin

Qırmızı.az

DSMF builki gəlirlərini açıqladı

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü ilin ilk 9 ayı ərzində gəlirləri 2152,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 174,2 milyon manat çoxdur”. Publika.az xəbər verir ki, bu barədə DSMF sədri Elman Mehdiyev Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə keçirilən görüş zamanı deyib.

O, bu ilin 9 ayında DSMF-nin büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki, ümumilikdə bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Fond sədri bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1243,5 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 810,6 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz və ya 100,7 milyon manat çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2138,5 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Son 9 ildə əmək pensiyalarının 9 dəfədən çox artdığını deyən Fond sədri qeyd edib ki, bu MDB ölkələri arasında mühüm göstəricidir: “2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2%, Belarus 79,8%, Rusiya 70,4%) xüsusi qeyd olunmalıdır”, - E. Mehdiyev belə deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm