Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 700 nəfər iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 700 nəfər iştirak edəcək

“Sabah Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən, 700 nəfərin iştirakı gözlənilir”.

Publika.az-ın məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

İ.Babayevin sözlərinə görə, forum çərçivəsində “Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar”, “Müasir gənclər siyasətinin əsas elementləri” və “Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər” plenar sessiyaların keçirilməsi nəzərdə tutulub:

“Forum çərçivəsndə təhsil, sahibkarlıq, sülh və təhlükəsizlik, gender bərabərliyi, asudə vaxtın təşkili və s 20-dən artıq mövzu müzakirə ediləcək. Forumun yekunu olaraq tövsiyə xarakterli sənəd hazırlanacaq.Keçiriləcək regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası – Afrika, Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri –rəhbərlik edəcək. Azərbaycandan tərəfinin ekspertləri Fərhad Hacıyev, Nadir Quluzadə, Şahin Seyidzadə və Fuad Muradovdur. Bu günə kimi 115 ölkə iştirakını hökumət səviyyəsində təsdiq edib”.

Nazir müavini sonda vurğulayıb ki, Azərbaycan BMT-nin qlobal gənclər siyasətinə dəstək verən ilk ölkədir. Bu forum 21-ci əsrdə gənclər siyasəti ilə bağlı keçirilmiş ən böyük tədbirlərdən biridir.

Xatırladaq ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə elçisinin ofisi, YUNESKO və Avropa Şurası həyata keçirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm