Nazirlik 28 uşağı ailələrinə qaytardı
Bizi izləyin

Qırmızı.az

Nazirlik 28 uşağı ailələrinə qaytardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) internat evlərindən 28 nəfər uşaq ailələrinə verilib. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində həyata keçirilib. Uşaqlar doğma ailə mühitinə qaytarılıblar.

Bu ilin ötən dövründə nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrinə 165 nəfər dövlət himayəsinə götürülüb. Hazırda həmin sosial xidmət müəssisələrində 1024 nəfər şəxs tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı ruhi-əsəb internat evlərində və Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq ƏƏSMN-nin xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.

Məlumatda həmçinin bildirilir ki, son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait də yaradılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm