Milli Qəhrəman Mubariz Ibrahimov doğulduğu Biləsuvar rayonunda anıldı
Bizi izləyin

Qırmızı.az

Milli Qəhrəman Mubariz Ibrahimov doğulduğu Biləsuvar rayonunda anıldı

Bu gün -Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə respublikamızın hər yerindən onun ailəsini ziyarət edənlərin ardı-arası kəsilməyib.

Bu gün -Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə respublikamızın hər yerindən onun ailəsini ziyarət edənlərin ardı-arası kəsilməyib.

Mübariz İbrahimov yaşasaydı bu gün onun 26 yaşı tamam olacaqdı.

Biləsuvar rayonunun Əliabad kəndinə- Mübariz İbrahimovun doğulduğu müqəddəs ocağa gələn məktəblilər Milli Qəhrəmanın adına sərgilənmiş guşəyə baxır, onun keçdiyi rəşadətli yolu özlərinə nümunə götürürlər.

Biləsuvar və ətraf kəndlərdən bir qrup müəllim və şagird Mübariz İbrahimovun yaşadığı evi ziyarət edib, burada qəhrəmnın valideynləri ilə görüşüb ölümü ilə ölməzliyi qazanan şəhidin xatirəsini anıblar .Mübarizlə qürür duyan valideynləri hər bir məktəbliyə mübariz tək vətənpərvər, mərd, cəsur olmağı diləyiblər. Sonra məktəblilərin ifasında milli qəhrəmana həsr olunan şeİrlər səsləndirilib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətdə olub.

Sonradan könüllü olaraq “N” saylı hərbi hissələrinin birində gizir kimi xidmətə başlayıb. 2010-

cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni əsgər və zabitini məhv edərək, Şəhidlik zirvəsinə ucalıb./gun.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm