Bakının mərkəzində su kəməri partladı
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində su kəməri partladı

Bu gün Bakıda Ceyhun Hacıbəyli və Mikayıl Rəfili küçələrinin kəsişməsində içməli su kəməri partlayıb. Ərazidə olan 100 mm paylayıcı xətt üzərində olan siyirtmə çıxış xəttində qırılma səbəbindən axan su bir neçə küçədən axaraq Azadlıq prospektini yuyub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a verdiyi məlumata görə, hazırda qurum tərəfindən ərazi nəzarətə götürülüb:

“Mütəxəsisslərin rəyinə görə, qəzaya səbəb ərazidə aparılan asfaltlama zamanı ağır tonnajlı texnikanın hərəkəti olub. Hazırda əraziyə axan su bağlanıb. Su xəttində təmir işləri gedir. Təmir axşama qədər tamamilə yekunlaşacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm