Bakının "gecə quşlar"ı ilə bir gecəlik reportaj: 10 AZN - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakının "gecə quşlar"ı ilə bir gecəlik reportaj: 10 AZN - VİDEO

Bəli qaş qaralır, şər qarışır, küçənin dırnaqarası sakinləri sayılan köhnə peşənin sahibləri həmişəki qaydada öz yerlərini alırlar.

Bəli qaş qaralır, şər qarışır, küçənin dırnaqarası sakinləri sayılan köhnə peşənin sahibləri həmişəki qaydada öz yerlərini alırlar.

Bəli bəlkə də bu xanımın özü heç kimə lazım deyil. Ona bircə lazım olan isə gecənin qarasında qara cücələr kimi küçələrə düşüb, kimlərinsə əyləncəsinə çevrilməkdi.


Yəqin ki, belə mənzərələrin şahidi olmusuz. Və yəqin ki, bu küçə də sizə tanış gəlir. Çoxlarınız ilk baxışdan bu küçənin Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi olduğunu da anladı. Bəli qaş qaralır, şər qarışır. Küçənin dırnaqarası sakinləri sayılan köhnə peşənin sahibləri həmişəki qaydada öz yerlərini alırlar.


Və alqı-satqı başlanır. Müştəri axtarışında olan bu xanımlar gah özlərinə çəki-düzən verir, gah da papiros yandırır. Bu yolla özlərinə müştəri cəlb etməyə çalışan peşəkarlar, çox vaxt istəklərinə nail olurlar. Misal üçün bax bu gördüyünüz avtomaşının sahibi kimi. Bir neçə dəqiqəlik söhbətdən sonra xanım qarşılıqlı razılıq əsasında həmin şəxsin müvəqqəti hisslərinin qəniminə çevrilir. Oların nə kimi və necə xidmət göstərdiyini öyrənmək üçün biz də onlara yaxınlıq elədik. Özü də onların alışdığı üsulla.


Bəli, artıq bu onların yaşam tərzinə çevrilib. Gündə bir iki müştəriyə xidmət, qarşlığinda 10 manat pul və həyat gözəldi. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm