Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
Bizi izləyin

Qırmızı.az

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib.

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:59-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm