Azərbaycanda həkimlərin təyinatına başlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda həkimlərin təyinatına başlandı

Azərbaycanda ilk dəfə olaraq rezidenturanı bitirən şəxslərin təyinatla iş yerlərinə göndərilməsi prosesi başlanılır.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi noyabrın 4-də nazirliyin binasında həyata keçiriləcək.

Onlar təyinat aldıqları iş yerlərində 3 il ərzində məcburi şəkildə işləyəcəklər.

Respublikada həkim catışmazlığı əsasən rayonlardakı tibb müəssisələrində müşahidə olunur. Buna görə də rezidenturanı bitirmiş şəxslər əsasən rayonlardakı vakant iş yerlərinə göndəriləcəklər.

Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm