Kəmaləddin Heydərov: “Heç bir vətəndaş dövlət yardımlarından kənarda qalmayıb”
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov: “Heç bir vətəndaş dövlət yardımlarından kənarda qalmayıb”

Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkən bütün kəndlərdə təhlillər tam başa çatdırılıb, bəzi sakinlər onların evinə təkrar baxış keçirməyi xahiş ediblər və hazırda bununla bağlı yoxlamalar davam etdirilir.


Bunu Qəbələ rayonunda keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı I Ümumrespublika yarışının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində 2, 3, 4 və 5 otaqlı evlərin inşası üçün layihələr hazırlanaraq tikinti təşkilatlarına təqdim olunub: “Dünənə olan məlumata görə, artıq məktəblərin və evlərin tikintisi işlərinə başlanılıb. Bütün evlər və sosial obyektlər deyilən müddətə kimi tam tikilib başa çatdırılacaq”.

Nazir dünən Daşkəsən və Goranboyda leysan yağışlarından sonra yaranan sel sularının törətdiyi fəsadlara toxunaraq bildirib ki, hazırda FHN-in və həmin rayonların yerli fövqəladə hallar komissiyaları vətəndaşlarla görüşlər keçirir, əhaliyə dəyən ziyanla bağlı bütün müraciətlərə baxılır, araşdırmalar əsasında təhlillər aparılır.

K.Heydərov prezident İlham Əliyevin tapşırığı ilə həm 2010-cu ildə Kür çayı sahilindəki rayonlarda subasma, həm də bu il Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş vətəndaşların heç birinin dövlət yardımlarından kənar qalmadığını bildirib. O, artıq Goranboy və Daşkəsəndə seldən zərər çəkənlərə ilkin yardımın verildiyini və bu tədbirlərin davam etdiriləcəyini bildirib.



Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm