Qırmızı.az
Azərbaycanda minə yaxın qadın hərbiçi var
Azərbaycan Respublikası Silahlı Qüvvələrində minə yaxın qadın hərbiçi qulluq edir. Bu barədə Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.
Nazirliyin rəsmi açıqlamasında qeyd edilir ki,
Azərbaycanda Qadınların hərbi xidmət keçməsi «Hərbi xidmətkeçmə
haqqında» Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata
keçirilir.
“Qadınlar Azərbaycan Respublikası Silahlı
Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət
edirlər. Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi
hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi
xidmətdədir”.
Müdafiə Nazirliyindən “Qadın hərbiçilərin aldıqları ən yüksək rütbə hansıdır?” sualına isə cavab olaraq bildirilib ki, hazırda Silahlı Qüvvələrdə “baş leytenant”, “kapitan”, “mayor”, “polkovnik-leytenant” və “polkovnik” hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir. Onlar isə daha çox tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK