Qırmızı.az
Azərbaycanda qanunsuz ov edən Suriya və İraq vətəndaşları saxlanıldı

Bu ilin oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Oktyabrın 17-də Ağgöl Milli Parkının ərazisinə daxil olmaq
istəyən, içərisində İraq Respublikası vətəndaşları Jamal Ahmed Salm
və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı
“Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış
zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq
götürülüb.
Oktyabrın 26-da Milli Parkın ərazisində keçirilən növbəti reyd
zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal
Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət
nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobildən quş
ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək
götürülüb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və
protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4
nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla,
ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin
ödənilməsi təmin edilib.
Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində ETSN-nin əməkdaşları
tərəfindən respublika ərazisində keçirilən reydlər zamanı qanunsuz
ovla məşğul olan 152 nəfər saxlanılıb, onlardan 148 ədəd ov tüfəngi
və 543 ədəd patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt
və protokol tərtib olunaraq ümumilikdə 138012 manat məbləğində
cərimə və iddia tətbiq edilib.
Eyni zamanda, reydlər zamanı qanun pozucuları tərəfindən
şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin
təqdim edilməməsi, Nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi
halları da baş verib. Bu qanun pozucuları barəsində tədbir
görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə
uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon
Polis Şöbələrinə müraciət olunub.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq
məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam
etdirilir.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?