Qırmızı.az
Nazirlik qanunsuz ov edənlərə qarşı reydlərə başladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
bildiriblər ki, keçirilmiş reydlər zamanı Zaqatala rayonunun Valdar
kəndi ərazisində qanunsuz ovla məşğul olan Zaqatala rayonu Valdar
kənd sakini Vüsal Əliyev və Ağcabədi rayonu Avşar kəndi ərazisində
qanunsuz ov edən Ağcabədi şəhər sakini Həsən Məmmədov saxlanılaraq
onlardan 2 ədəd ov tüfəngi və 29 ədəd patron götürülüb. İnzibati
xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və
protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə
edilib.
Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd
zamanı qanunsuz ov edən Şəmkir rayon Kür qəsəbəsi sakini Rüfət
Hüseynov və Bakı şəhər sakini Elnur Salahov saxlanılaraq onlardan 2
ədəd ov tüfəngi və 4 ədəd patron götürülüb. Qanun pozucuları
barəsində müvafiq akt və protokollar tərtib olunaraq hər biri
inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Digər reydlər zamanı Korçay Dövlət Təbiət Qoruğu ərazisində
qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Mahir
Xəlilov və Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən İmişli
rayonu Yalavac kənd sakini Gürşad Əliyev saxlanılaraq onlardan 2
ədəd ov tüfəngi və 2 ədəd patron götürülüb. İnzibati xətaya yol
vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və
protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə
edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları
tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə
mütəmadi reydlər davam etdirilir.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib