Bələdiyyədən quyu, dövlətdən isə kartofu xilas etmək üçün yardım istədilər - FOTO
Bizi izləyin

Qırmızı.az

Bələdiyyədən quyu, dövlətdən isə kartofu xilas etmək üçün yardım istədilər - FOTO

“Bizim kəndin bələdiyyəsi ölkənin ən bacarıqlı bələdiyyələrində biridir”. Bu fikri Tovuz rayonu Əyyublu kənd sakinləri bələdiyyə seçkilərinə həsr olunmuş görüşdə səsləndiriblər. İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin təşkil etdiyi görüşdə bələdiyyə seçkilərinə hazırlıq, bu qurumların əhəmiyyətindən və digər məsələlərdən söz açılıb.

Görüşdə iştirak edən Əyyublu kənd bələdiyyəsi sədrinin müavini Cəlal Əhmədov rəhbərlik etdiyi qurumun gördüyü işlər, üzləşdiyi problemlər haqqında danışıb. Onun sözlərinə görə, kəndin 12 minə yaxın əhalisi var, bələdiyyə daim onların müraciətlərinin həllinə çalışır: “Bələdiyyələr əhali ilə sıx işləyir, hər dərdlərinə şərik olmağa çalışırıq. İcra nümayəndəsi ilə də əməkdaşlığımız var. Sadəcə bəzən edilən müraciətləri həyata keçirməyə maliyyə vəsaiti və səlahiyyətimiz çatmır”.

Görüşdə qeyd olunub ki, yaxın vaxtlarda Mili Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxılacaq və müvafiq qərarın qəbul edilməsi, bu şəbəkənin daha aktiv işləməsinə təkan verəcək.

Əyyublu kənd sakinləri bələdiyyənin görə biləcəyi işlər sırasında ən əsas artezian su quyusunun vacibliyini önə çəkiblər. Əsasən əkinçiliklə dolanan Əyyublular suvarma suyunun olmamasının çox ciddi problem yaratdığını vurğulayıblar. Bələdiyyənin həm də zibilyığan maşına ehtiyacı olduğunu açıqlayıblar. Digər məsələ isə Əyyublu kəndindən əkilən kartof məhsulunu məhv edən kəpənək xəstəliyi ilə bağlı olub. Kənd sakinləri bu məsələdə dövlət səviyyəsində yardımın zəruri olduğunu bildiriblər.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə balı görüş İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin icra etdiyi “bələdiyyə seçkiləri “ layihəsi çərçivəsində icra olunur. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. 3 ay davam edən layihə boyunca ölkənin bir sıra bölgələrində seçkilərlə bağlı maarifləndirmə görüşləri, təlimlər keçirilib, bukletlər nəşr olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm