"İmkansız əhaliyə dekoder paylanacaq"
Bizi izləyin

Qırmızı.az

"İmkansız əhaliyə dekoder paylanacaq"

"İmkansız əhaliyə dekoderlərin verilməsi istiqamətində təkliflər hazırdır. Apardığımız müşahidələr göstərir ki,əhali rəqəmsal yayıma keçməkdə maraqlıdır. Hazırda qiyməti 25-40 manat olan dekoderlər alınır".

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 11 proqram sosial olaraq ödənişsiz, 100-ə yaxın kanal isə ödənişli yayımlanır.

“Bir müddət analizlər aparacağıq. Bundan sonra əhalinin imkansız təbəqəsi, ünvanlı yardım alanların pulsuz dekoderlə təmin etmək istiqamətində təkliflər hazırlanıb, yaxın zamanda bu işə başlanıla bilər. Hələlik anoloq efiri dayandırmamışıq. Çünki ucqar bölgələrdə dekoderi olmayanlar bu yayımdan istifadə edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm