Bakıda kimsəsiz şəxs öldü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda kimsəsiz şəxs öldü - FOTOLAR

Ötən gecə saat 23:00 radələrində Nizami küçəsi 54 ünvanında kimsəsiz şəxs ölüb. Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, 10 gündür küçədə yaşayan Yalçın Məmməd oğlu Əsədov əslən Beyləqan rayonundandır.

Bakıya işləmək üçün gələn Y.Əsədovun işləri istədiyi kimi getməyib. Son 10 gününü isə Nizami küçəsində keçirib. İnsanların verdikləri yeməklərlə qidalanan Yalçının səhhəti dünən axşam saatlarında pisləşib. Yaxınlıqdakı şəxslər ona yardım göstərilməsi üçün təcili yardıma zəng edib. Şahidlərin sözlərinə görə, əraziyə gələn təcili yardım briqadası onun sınıq, çıxıq və s problemi olmadığını əsas gətirərək, yardım göstərmədən gediblər.

Yenidən təcili yardıma şikayət xarakterli müraciətdən sonra yeni briqada gəlib. Lakin həkimlər gələrkən Y.Əsədovun səhhəti daha da pisləşib, nəbzi çox zəif olub. Həkimlər onun öldüyünü deyiblər. Meyitin Kliniki Tibbi Mərkəzə aparılacağını bildiriblər.

Kliniki Tibbi Mərkəzdən Publika.az-a ötən gecə onlara bu adda xəstə gətirilmədiyini bildirdilər. Ölmüş şəxslərin isə KTM-ə gətirilmədiyini dedilər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da onlara həmin ünvandan çağırış olmadığı bildirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm