Keşlədə təbii fəlakət - qəsəbə suyun altında qalıb
Bizi izləyin

Qırmızı.az

Keşlədə təbii fəlakət - qəsəbə suyun altında qalıb

Dünəndən bəri Bakıya yağan yağış Keşlə qəsəbəsini fəlakətlə üz-üzə qoyub.

Qəsəbədə bütün evləri su basıb, həyətlər, mənzillərin içərisi gölə çevrilib. Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən Publika.az-a bildirdilər ki, hazırda ərazidən suyun çəkilməsi prosesi gedir:

“İcra nümayəndəsi Qara Qarakişiyev gecədən ərazidədir. Hazırda bütün küçələrdə yığılıb qalan sular çəkilir. Nə vaxt tamamilə təmizlənəcəyi isə məlum deyil”.

Qeyd edək ki, axar.az saytı Keşlədə "Avromed"in mərkəzi ofisinin ətrafında olan bütün evlərdə acınacaqlı vəziyyət yaranması, kollektorların suyu çəkməməsi səbəbindən yağış suyunun evlərin içinə dolması ilə bağlı məlumat yayıb. Jurnalist Məhəmmədəli Qəribli Feysbuk səhifəsində yazıb ki, Nizami Rayon İcra Hakimiyyəti bu problemə biganə yanaşır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm