Külək 60-dan çox kəndi işıqsız qoydu
Bizi izləyin

Qırmızı.az

Külək 60-dan çox kəndi işıqsız qoydu

Ötən gün günorta saatlarında havanın kəskin dəyişməsi Astara rayonunda 60-dan çox kəndi elektriksiz qoyub.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov güclü küləyin elektrik dirəklərini aşırdığını, ona görə də 60-dan çox kəndin sakinlərinin işıqsız qaldığını deyib:

“Elektik dirəkləri köhnədir, ona görə də külək əsən kimi elektrikdə problem yaranır. Artıq bütün yerli qüvvələrimiz səfərbər edilib, həmçinin Masallıdan kömək üçün əlavə işçi qüvvəsi göndərilib. Yaxın saatlarda elektrik probleminin aradan qaldırılacağına inanırıq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Astarada yağıntı aylıq normanın 78%-i təşkil edib. İcra hakimiyyətindən yağışın heç bir fəsad yaratmadığını bildirdilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm