Qırmızı.az
Oğlu bıçaqlanan vəzifəli şəxs danışdı - TƏFƏRRÜAT
Bu gecə saat 01:00 radələrində Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bıçaqlanan
Gəncə sakini İlqar Namiq oğlu Həsənov Gəncə şəhər Təcili Tibbi
Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə yaralı daxil olub.
Onun arxadan ürək nahiyyəsindən vurublar. Bıçaq zərbəsi güclü
olduğu üçün qabaqdan qarnı tərəfindən çıxıb. Gənc dərhal əməliyyat
olunub. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu
deyir.
Hazırda İlqar Həsənov reanimasiya şöbəsində, həkim
nəzarətindədir. Gəncə polisindən verilən əmlumata görə, gənc gecə
tanışları ilə birlikdə yeyib içdikdən sonra bıçaqlanıb. Hazırda
faktla bağlı bir neçə şəxs şübhəli qismində nəzarətdədir.
Qeyd edək ki, bıçaqlanan şəxs “Gəncə Avtovağzal” ASC-nin sədri
Namiq Həsənovdur.
Oğlunun bıçaqlanması ilə əlaqədar Namiq Həsənov ANS PRESS-ə
açıqlamasında hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini
deyib. Onun sözlərinə görə, oğlu dalaşan dostunu ayırmaq istəyərkən
bıçaqlanıb.
“Əsgər yoldaşı bir neçə şəxs tərəfindən döyülüb. İlqar da onu ayırmaq istəyib. Bu zaman təsadüfən onu vurublar. Hazırda oğlumun vəziyyəti yaxşıdır, heç bir problem yoxdu”, - deyə Namiq Həsənov vurğulayıb.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO