Baş alıb gedirsən hayana, ceyran?!
Bizi izləyin

Qırmızı.az

Baş alıb gedirsən hayana, ceyran?!

2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində həyata keçirilib.

Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilir.

Layihə regionda davamlı ceyran populyasiyasının formalaşmasına müsbət təsir göstərir.

Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstan Respublikasının Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilib, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılıb və peyk vasitəsilə izlənilir.
Qobustan-Cəngiçay vadisinə buraxılmış və boynuna siqnalötürücü xalta salınan ceyranlardan daxil olan siqnallar izlənərkən ceyran fərdlərindən birinin hərəkətsizliyi müşahidə olunub və əraziyə baxış zamanı həmin ceyranın canavarlar tərəfindən məhv edildiyi, yerində xalta ilə skeletin qaldığı müəyyən edilib.

Bununla belə, ceyranların mühafizəsi məqsədilə sözügedən ərazilərin torpaq istifadəçilərindən, yerli icma nümayəndələrindən, fermerlərdən, xüsusən çobanlardan ceyranların mühafizəsi və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə müvafiq iltizamlar alınmış, brokonyerliyin qarşısının alınması üçün müvafiq ictimai qruplar təşkil edilmiş, maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilib.

Aparılan müşahidələr göstərir ki, Gürcüstan Respublikasına buraxılmış ceyranların bir hissəsi isə artıq ölkəmizin Gürcüstanla sərhəddində yerləşən Ceyrançöl adlanan əraziyə doğru miqrasiya edib. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb.

Hazırda içərisində boynuna siqnalötürücü xalta bağlanmış ceyran fərdləri olan 5 sürünün hər birindən ( Korçayda 1sürü, Acınohurda 2 sürü, Gürcüstanda 2 sürü) siqnallar alınır və tarixi ərazilərinə qaytarılmış bütün ceyran sürülərində təbii artım müşahidə olunur.

Qeyd edək ki, bu tədbirlər ölkə ərazisində və bütünlüklə regionda davamlı ceyran populyasiyasının formalaşmasına və artımına təkan vermişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm