Keşlə sudan təmizlənir
Bizi izləyin

Qırmızı.az

Keşlə sudan təmizlənir

Bakının Keşlə qəsəbəsi dünən yağan güclü yağışlardan sonra suyun altında qalıb. Bakı Su-kanal İdarəsinin və Nizami Su-kanal İdarəsinin rəhbərliyi də daxil olmaqla "Azərsu" ASC-nin əməkdaşları bu ərazidə işləyir. “Azərsu” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda 2 ədəd xüsusi texnika (İlasos) və 2 ədəd pompa ilə ərazidən su çəkilərək kollektora ötürülür.

Məlumatda bildirilr ki, bu gün Xırdalan, Masazır, Binəqədi, hətta Bakıxanov qəsəbəsinin tullantı və yağış suları Keşlədən keçən kollektorla Hövsana yönəldilir. Tullantı və yağış sularının operativ idarə edilməsi, tam zərərsizləşdirilərərk kənarlaşdırılması məqsədilə Master Plana uyğun olaraq hazırda Xocahəsən-Binəqədi-Xırdalan və Dərnəgül-Qaraçuxur-Zığ-Hövsan kollektorlarının inşasına başlanılıb. Gələcəkdə bu ərazilərdə yaranan çirkab və yağış suları bu kollektorlara yönəldiləcək və hazırda müşahidə olunan problemlər köklü həllini tapacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, bu gecə Abşeron yarımadasına və Bakı şəhərinə 27 mm yağıntı düşüb ki, bu da noyabr ayı üzrə yağıntı norması qədərdir. Bir gecəyə 1 ayda yağmalı olan qədər yağış yağıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm