Babək prospektində çökən yolla bağlı Rəsmi Açıqlama
Bizi izləyin

Qırmızı.az

Babək prospektində çökən yolla bağlı Rəsmi Açıqlama

Bakının Nizami rayonu Babək prospektində yol çöküb. “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı körpünün əsas yolunda baş verən bu çöküntü səbəbindən avtomobillərin böyük tıxacı yaranıb.

Məsələ ilə bağlı “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi məlumata görə, hazırda ərazidə “Azəryolservis” ASC-nin əməkdaşları işləyir:

“Əməkdaşlarımız orada çalışırlar. Hazırda yolun hansı səbəbdən çökməsi ilə bağlı araşdırma aparılır. Ora lazım olan material verilib, üstü örtülüb. Hava şəraiti normal olmadığı üçün asfalt-beton örtüyü vurulmayıb. Güman ki, hava düzələn kimi asfalt-beton örtüyü də vurulacaq. Araşdırmanın nəticəsilə bağlı məlumat veriləcək”.

Qeyd edək ki, Musavat.com-un verdiyi məlumata görə, “Baku Medical Plaza”nın qarşısında yolun tam ortasının iki hissədə çökdüyü bildirilirdi. Yolun çökməsi avtomobillərin hərəkətini iflic hala salıb. Bir neçə marşrut avtobusu da tıxacda qalıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm