Azərbaycan diasporunun üzvü: “Güman ki, onu öldürüblər, məni də öldürə bilərlər”
Bizi izləyin

Qırmızı.az

Azərbaycan diasporunun üzvü: “Güman ki, onu öldürüblər, məni də öldürə bilərlər”

Oktyabrın 1-də əslən Bakı şəhərindən olan Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyev separatçılar tərəfindən girov götürülüb.

Bu barədə Publika.az-a Luqansk şəhərindəki Azərbaycan Cəmiyyətinin sədri Rasim Uğurluyev məlumat verib.

Onun sözlərinə görə, hadisə Luqanskda baş verib: “Həmin gün Azad Vəliyevin avtomobilini Luqansk şəhərində görüblər. Ancaq indiyədək özünü görən yoxdur. Bilinmir ki, yaşayır, yoxsa həlak olub. Çox güman ki, separatçılar onu öldürüblər. Azad Vəliyev artıq beşinci azərbaycanlıdır ki, yoxa çıxıb. Yəqin ki, o da digər azərbaycanlılar kimi separatçılar tərəfindən öldürülüb. Separatçıların rus kazakları adlanan silahlı dəstəsi var. Həmin silahlı dəstə insanları girov götürür, pullarını və mallarını əlindən alır, sonra da öldürür ki, hadisənin necə törədilməsi bilinməsin”.

R.Uğurluyev deyib ki, hazırda Azad Vəliyevin ailəsi və oğlu Elşən Vəliyev onun axtarış işi ilə məşğuldur: “Səfirlik və aidiyyəti qurumlar da məsələdən xəbərdardır. Mən informasiya verməsəm, heç kəs vəziyyətdən xəbər tuta bilmir. Buna görə mənim həyatıma da təhlükə yaranıb. Hazırda bölgədə olan bütün separatçılar məni axtarır, ailə üzvlərimin siyahısını hazırlayıblar. Çünki separatçıların əməlləri ilə bağlı bütün məlumatları Azərbaycan mediasına mən ötürürəm və özümə düşmən qazanmışam. Bununla bağlı səfirliyə də xəbər vermişəm”.

Xatırladaq ki, Azad Vəliyev 2006-2010-cu illərdə Ukraynanın Luqansk vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm