Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait yığılıb?
Bizi izləyin

Qırmızı.az

Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait yığılıb?

Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 7 674 742 manat artıb.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 1-i tarixinə Fonda 58 429 256 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, 593 avro vəsait toplanıb.

Ümumilikdə Silahlı Qüvvələrə Yardım Fondunun toplam vəsaiti 74 milyon 357 min 926 ABŞ dollarına çatıb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm