Qırmızı.az
Bakı sakinlərini aldadan şəxs həbs edildi
Bakı şəhər sakinlərinin “RepairHouse”MMC-nin vəzifəli şəxsi Məhəmməd Alməmmədov tərəfindən onlara qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə müraciətlərinə dair toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Publika.az xəbər verir ki, istintaqla M.Alməmmədovun qulluq mövqeyindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinlərini özünün biznes fəaliyyətinə şərik edəcəyini yalandan vəd verib onlardan ümumilikdə 218 min manat pulu alıb dələduzluq etməsində, bundan başqa ona müraciət etmiş paytaxt sakinlərinin mənzillərinin təmiri ilə əlaqədar podrat müqaviləsi bağlamaqla sonunculara məxsus ümumilikdə 137 min manat məbləğində vəsaiti mənimsəməsində, həmçinin sərhəd keçməsinə məhdudiyyət qoyulduğu halda törətdiyi cinayət əməlləri ilə əlaqədar məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda olmaqla qanunsuz olaraq keçməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!