Azərbaycan firavanlıq reytinqində 142 ölkə arasında 79-cudur
Bizi izləyin

Qırmızı.az

Azərbaycan firavanlıq reytinqində 142 ölkə arasında 79-cudur

Britaniyanın “Legatum Institute” analitik mərkəzi 2014-cü il üçün dünya ölkələrinin firavanlıq reytinqini (2014 Prosperity Index) tərtib edib. Azərbaycan həmin reytinq siyahısında 142 ölkə arasında 79-cu yeri tutur.

AzərTAc xəbər verir ki, keçən il üzrə müvafiq göstəricilərlə müqayisədə Azərbaycan reytinq cədvəlində iki pillə irəliləyib.

Ayrı-ayrı göstəricilərə gəlincə, Azərbaycan iqtisadiyyatın vəziyyətinə görə 65-ci və sahibkarlıq fəaliyyəti imkanları baxımından 67-ci yerə qalxıb.

Təhsilin vəziyyəti üzrə Azərbaycan dünyada 83-cü yeri tutur.

Azərbaycan təhlükəsizlik və sosial kapital göstəriciləri üzrə müvafiq olaraq 75-ci və 77-ci yerdədir.

“Keçən il siz hücuma məruz qalmısınızmı” sualına rəyi soruşulanların 0,6 faizi təsdiq cavabı verib (2010-cu il üçün orta statistik göstərici 7,5 faiz olub). Azərbaycanda “Gecə vaxtı tək gəzərkən özünüzü təhlükəsiz hiss edirsinizmi” sualına rəyi soruşulanların 73,1 faizi “bəli” cavabı verib (2013-cü il üçün orta statistik göstərici 61,5 faiz olub).

“Media forum” saytı bildirir ki, firavanlıq reytinqinin ilk üç pilləsində Norveç, İsveçrə, Yeni Zelandiya, son üç pilləsində Konqo Demokratik Respublikası, Çad və Mərkəzi Afrika Respublikası dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm