Monitorinq baş tutdu
Bizi izləyin

Qırmızı.az

Monitorinq baş tutdu

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.

Publika.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm