Cahillik daha bir can aldı - Kişi həkimə icazə verilmədi, gənc qız öldü
Bizi izləyin

Qırmızı.az

Cahillik daha bir can aldı - Kişi həkimə icazə verilmədi, gənc qız öldü

"Hicablı deyil və qızların olduğu yerə kişi işçi girə bilməz"

Səudiyyə Ərəbistanında universitet tələbəsi olan gənc bir qız infarkt keçirərək ölüb.

Təcili yardım məqsədilə gələn həkim kişi olduğu üçün onu içəri buraxmayıblar. Müdaxilə etmək mümkün olmadığı üçün iki saat can çəkişən qız vəfat edib.

Gənc qızın universitet tələbəsi olduğu və cümə axşamı günü səhər saatlarında vəziyyətinin pisləşdiyi bildirilib.

Ekspertizadan sonra qızın infarkt keçirdiyi üçün həyatını itirdiyi məlum olub. Hadisəyə şahidlik edən bəzi tələbələr huşunu itirən gənc qızın tibbi müdaxiləyə ehtiyacı olduğunu söylədiklərini, lakin universitet rəsmilərinin qadın həkim gözlədikləri üçün buna imkan vermədiklərini bildiriblər.

Onlar universitet rəsmilərinin, “Dostunuz hicablı deyil və qızların olduğu yerə kişi işçi girə bilməz” dediklərini də iddia ediblər.

Universitet isə xəbəri təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm