Saxta əsginaz satan tutuldu
Bizi izləyin

Qırmızı.az

Saxta əsginaz satan tutuldu

Azərbaycanda dövriyyədən saxta əsginazlar çıxarılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanmış 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əsginazı Göytəpə şəhərində satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm