Evsiz-eşiksizlər üçün sığınacaq tikiləcək
Bizi izləyin

Qırmızı.az

Evsiz-eşiksizlər üçün sığınacaq tikiləcək

Azərbaycanda yaxın vaxtlarda daimi sığınacaqlar salına bilər”. Bu barədə Publika.az-a Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, hazırda nazirlik daimi sığınacaqların hazırlanmasıyla bağlı müəyyən təkliflər hazırlayır. Ötən illərdə çadır qurulurdusa, artıq daimi binalar olacaq. Buradan Bakı şəhərinə gəlib qalmağa yeri olmayan, o cümlədən küçədə qalan şəxslər istifadə edə biləcəklər”.

Nazirlik rəsmisi bildirdi ki, hələlik bu sığınacaqlar ancaq Bakı və Sumqayıtda tikiləcək.

E. Babayev bildirib ki, belə sığınacaqlar, adətən, şaxtalı havalarda salınır.

“Hazırda hava şəraiti ilə əlaqədar olaraq buna ehtiyac yoxdur. Əgər şaxtalar olarsa, nazirlik tərəfindən müvafiq addımlar atılacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm