Dovğa qabına doldurulmuş mürəbbə onun içinə mobil telefon
Bizi izləyin

Qırmızı.az

Dovğa qabına doldurulmuş mürəbbə onun içinə mobil telefon

2 və 3 saylı İstintaq təcridxanalarında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

2 və 3 saylı İstintaq təcridxanalarında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar xidmətdən Publika.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 120.2.11; 181.2.1; 181.2.2; 181.2.4; 181.2.5; 317-2.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Orxan Əmirxan oğlu Xəlilzadənin üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Pərviz Fehruz oğlu Yolçuyevin üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və iki ədəd sındırılmış "Nar" nömrə aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əvəz Kərim oğlu Əliyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman, çantasındakı "Atena" dovğa qabına doldurulmuş mürəbbənin içində sellofana bükülüb gizlədilmiş 1 (bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı və iki ədəd sındırılmış "Nar" nömrə aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm