Metroda qatarlar gecikdi və problem yarandı
Bizi izləyin

Qırmızı.az

Metroda qatarlar gecikdi və problem yarandı

Bu gün səhər saatlarında “Həzi Aslanov” - "Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq olub. Bu da metroda sıxlığa səbəb olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, qatarın mühərrik hissəsində nasazlıq yaranıb və bu da gecikməyə səbəb olub.

“Bu gün saat 07:21 dəqiqədə 12 saylı marşrutun son vaqonunda nasazlıq qeydə alınıb. “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Qara Qarayev” stansiyasında sərnişinləri boşaldıb dalana verilməklə daha sonra depoya göndərilib. Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq növbəti qatarların da hərəkətində ləngimələr olub. Lakin son məlumata görə, artıq hərəkət tam normallaşıb”.

N.Paşayev qatarlarda tez-tez yaşanan nasazlığın onların istismar müddətinin başa çatması ilə əlaqədar olmadığını deyib:

“Hazırda metropolitendə istismar müddəti bitmiş qatar yoxdur. Nasazlıq olan qatarlar cari və əsaslı təmirdən keçirilir. Lakin bu texnikadır, hətta yeni alınmış qatarda belə bu cür problemlər yarana bilər. Problemə səbəb baxımsızlıq deyil. İstismar müddətini başa vuran qatarların yerinə yeniləri alınacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm