Bakıda məktəb yandı, şagirdlər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Bakıda məktəb yandı, şagirdlər zəhərləndi

Bu gün səhər saatlarında Səbail rayonu, 20-ci sahə qəsəbəsində yerləşən 51 nömrəli məktəbdə yanğın olub.

Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi 51 saylı məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumata görə, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik lövhəsində yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından əraziyə 4 briqada göndərdiklərini bildirdilər. İlkin məlumata görə, tüstüdən zəhərlənən 6 nəfərə yardım göstərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm