Atəşkəs 22 dəfə pozuldu
Bizi izləyin

Qırmızı.az

Atəşkəs 22 dəfə pozuldu

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Ağdam rayonunun Qaqraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm