Avtomobilini qoyub qaçan polislə bağlı DİN-dən açıqlama
Bizi izləyin

Qırmızı.az

Avtomobilini qoyub qaçan polislə bağlı DİN-dən açıqlama

Dövlət Yol Polisinin əməkdaşının xidməti maşınının nömrəsini açaraq Göy Məscidin yanında buraxıb getməsinə DİN rəsmi münasibət bildirib.

DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə Axar.az-a açıqlamasında qeyd edib ki, faktla bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə, “Sancaq” səhifəsinin adminləri bu barədə məlumat yayıblar. Səhifə adminləri qeyd etmişdilər ki, Göy Məscidin yaxınlığına DYP avtomobili yaxınlaşlıb. Xidməti maşını idarə edən polis avtomobilin arxa və ön nömrələrini çıxararaq oradan uzaqlaşıb.

Məlumatı paylaşan adminlər yol polisinin qəza törətdiyi ehtimal ediblər. Çünki avtomobilin ön şüşəsi çatlayıb, güzgü və sayrışan işığı (miqalkası) sınıb.

Mütəxəsislər isə avtomobilin kənar müdaxilə ilə əzildiyi (dəyənək və yaxud başqa alətlə, o cümlədən hündürlükdən üstünə hansısa əşyanın düşməsi ilə və s.) ehtimalını irəli sürüblər. Çünki fotoda qəza törətdiyi ehtimal edilən avtomobilin ön hissəsində heç bir əzik və ya qəza əlaməti nəzərə çarpmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm