Naxçıvanda hərbi hissələrin bədii kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış kecirilib
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda hərbi hissələrin bədii kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış kecirilib

Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib.

Publika.az xəbər verir ki, müsabiqə Müdafiə Nazirliyinin 2014-cü tədris ilinin hazırlıq planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilib.

Müsabiqəsinin keçirilməsində məqsəd hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirilməsi və hərbi qulluqçular tərəfindən ifa olunan hərbi vətənpərvərlik mahnılarının geniş təbliğ olunmasıdır.

Müsabiqədə daha aktiv içtirak edərək yüksək yer tutanlar "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm