BQXK nümayəndələri kəlbəcərli girovlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

BQXK nümayəndələri kəlbəcərli girovlarla görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, Komitənin nümayəndələri noyabrın 5-də girovlara baş çəkib.

Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələri haqda məlumatlar çatdırılıb və onlardan da ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm