Bacısının başını kəsən qızın ailə dostu danışdı
Bizi izləyin

Qırmızı.az

Bacısının başını kəsən qızın ailə dostu danışdı

Bacısının boğazını bıçaqla kəsərək qətlə yetirən Pərvanə Nuriyevanın yaxınları ailə haqqında yazılanlara etiraz edir.

Bununla bağlı Axar.az-a ailənin hüquqi vəkalətnamə verdiyi yaxın dostu Əlirza Məhərrəmov danışıb.

Ailənin yaxın dostu olan Ə.Məhərrəmov qeyd edir ki, hadisədən sonra qızların atası Etibar Nuriyevin Şəkidən köçərək Bakıya gəlməsi ilə bağlı deyilənlərin heç biri həqiqəti əks etdirmir:

“Etibar Nuriyev ailəsi ilə birlikdə Şəkidə yaşayır. Bakıya köçməyib. Ailənin bundan sonra da başqa yerə köçmək kimi bir fikri yoxdur. Etibar müəllim hazırda işə də çıxır, yəni öz işi ilə məşğuldur. Ailə belə bir faciə yaşayıbsa, yalan məlumatlar yayaraq bu faciəni daha da böyütmək lazım deyil. Bircə onu bilin ki, faciə baş veribsə də, bu, qətiyyən ailədəki tərbiyədən qaynaqlanmır”.

E.Məhərrəmov qeyd edir ki, baş verənlərlə bağlı əlavə nə isə yazmaq ailəyə də təsir edir:

“Hadisəni hüquq-mühafizə orqanları araşdırır. Buna qarışmaq nə jurnalistlərin, nə də başqalarının işidir. Hüquq-mühafizə orqanları hansısa qərar qəbul edəndən sonra hər şey bəlli olacaq. Mən ailənin yaxın dostu olaraq heç bir əlavə məlumata sahib deyiləm. Çünki hələ hadisə araşdırılır. Araşdırma bitdikdən sonra sizin də məlumatınız olacaq. Sadəcə, belə məlumatlar verərkən diqqətli olmaq lazımdır ki, yanlışlıq olmasın. Media gərək ailəni də düşünsün”.

Qeyd edək ki, oktyabrın 22-də 20 yaşlı bacısı Günel Etibar qızı Nuriyevanın boğazını kəsərək qətlə yetirən Pərvanə Nuriyevanın ailəsinin Şəkidən Bakıya köçməsi ilə bağlı məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm