Bakıda daha bir yaşayış binası yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir yaşayış binası yandı

Bakı şəhərinin Xətai rayonunda daha bir çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı yanıb. Yanğın, yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Yanğınsöndürənlər hadisə yerinə çatan zaman blokda qatı tüstülənmə olduğundan 14 nəfər bina sakini, o cümlədən 6 nəfər azyaşlı uşaq təxliyyə olunub.

Bu gün səhər saatlarında rayonunun Süleyman Vəzirov küçəsi-22 ünvanındakı çoxmərtəbəli binada da yanğın baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm